Bakı. Tural Turan - Trend:
Meksikada qubernator və onun həyat yoldaşı vertolyot qəzasında ölüb
Trend-in məlumatına görə, Puebla ştatının qubernatoru Marta Erika Alonso və onun həyat yoldaşı Rafael Moreno Valle aviaqəzanın qurbanı olublar. Hadisənin səbəbləri barədə məlumat verilmir.
Alonso cəmi 10 gün bundan əvvəl qubernator vəzifəsinin icrasına başlayıb. Meksika prezidenti Andres Manuel Lopes Obrador hökumətə hadisə ilə bağlı dərhal təhqiqata başlamağı tapşırıb.