...

Ərdoğan: Türkiyə Suriyada vəziyyətin sabitləşməsi üçün əlindən gələni edir

Dünya xəbərləri Materials 15 Fevral 2019 01:24 (UTC +04:00)
Türkiyə Suriyada vəziyyətin sabitləşməsi üçün əlindən gələni edir.
Ərdoğan: Türkiyə Suriyada vəziyyətin sabitləşməsi üçün əlindən gələni edir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Suriyada vəziyyətin sabitləşməsi üçün əlindən gələni edir.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran və Rusiya prezidentləri Həsən Ruhani və Vladimir Putinlə Soçidə birgə mətbuat konfransı zamanı deyib.

Ərdoğan bildirib ki, Suriyada sülh və sabitlik Türkiyə üçün hər şeydən vacibdir. Prezident qeyd edib ki, hal-hazırda ölkəsinin ərazisində 3 milyon suriyalı qaçqın yaşayır və onların təmin olunması üçün Ankara 35 milyard dollar xərcləyib.

Xatırladaq ki, prezidentlər arasında ilk görüş 2017-ci ilin noyabrın 22-də Soçidə baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti