...

İndoneziyada torpaq sürüşməsi baş verib, 60-dan çox insan dağıntılar altında qalıb

Dünya xəbərləri Materials 27 Fevral 2019 06:20 (UTC +04:00)
İndoneziyanın Sulavesi adasında qanunsuz qızıl mədənində torpaq sürüşməsi baş verib
İndoneziyada torpaq sürüşməsi baş verib, 60-dan çox insan dağıntılar altında qalıb

Bakı. Trend:

İndoneziyanın Sulavesi adasında qanunsuz qızıl mədənində torpaq sürüşməsi baş verib.

Trend-in məlumatına görə, bu barədə Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqhoro bildirib.

Onun sözlərinə görə, torpaq sürüşməsi nəticəsind əazı 1 nəfər həlak olub, 60-dan çox insan isə dağıntılar altında qalıb.

Qeyd edilir ki, hazırda dağıntılar altından 13 nəfəri çıxarmaq mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti