...

Danford və Gerasimov Vyanada görüşəcəklər

Dünya xəbərləri Materials 4 Mart 2019 07:21 (UTC +04:00)
Martın 4-ü Vyanada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ qərargah rəisləri komitəsinin sədri Cozef Danford arasında görüş keçiriləcək
Danford və Gerasimov Vyanada görüşəcəklər

Bakı. Trend:

Martın 4-ü Vyanada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ qərargah rəisləri komitəsinin sədri Cozef Danford arasında görüş keçiriləcək.

Trend-in "TASS"A istinadən verdiyi məlumata görə, bu barədə ABŞ qərargah rəisləri komitəsinin rəsmi nümayəndəsi polkovnik Patrik Rayder bildirib.

P.Rayder deyib: "Qərargah rəisləri komitəsinin sədri Cozef Danford Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov ilə martın 4-ü Avstriyanın Vyana şəhərində görüşəcək".

Bundan əlavə, C.Danford Vyanada Avstriya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Robert Briger ilə də görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti