...

Riqada yataqxanada yanğın olub, xəsarət alanlar var

Dünya xəbərləri Materials 12 Mart 2019 07:09 (UTC +04:00)
Latviyanın paytaxtı Riqada beşmərəbəli yataqxanada yanğın baş verib
Riqada yataqxanada yanğın olub, xəsarət alanlar var

Bakı. Trend:

Latviyanın paytaxtı Riqada beşmərəbəli yataqxanada yanğın baş verib.

Trend-in Latviyanın dövlət yanğın-xilasetmə xidmətinə istinadən verdiyi məlumata görə, İlqyutsiyems mikrorayonunda yerləşən yataqxanada baş verən yanğın nəticəsində 9 nəfər xəsarət alıb. Onlara tibbi yardım göstərilib.

Bildirilir ki, xilasedicilər 37 nəfəri xilas ediblər, 47 nəfər isə təxliyə edilib. Yanğının səbəbi araşdırılır.

Xəbər lenti

Xəbər lenti