...

"Sarı jiletlər"in aksiyaları Fransaya 200 milyon avroya başa gəlib

Dünya xəbərləri Materials 20 Mart 2019 04:27 (UTC +04:00)
"Sarı jiletlər" hərəkatı və onlara qoşulan digər xuliqan qruplaşmaların keçirdiyi nümayişlər Fransaya 200 milyon avro ziyan vurub
"Sarı jiletlər"in aksiyaları Fransaya 200 milyon avroya başa gəlib

Bakı. Trend:

"Sarı jiletlər" hərəkatı və onlara qoşulan digər xuliqan qruplaşmaların keçirdiyi nümayişlər Fransaya 200 milyon avro ziyan vurub.

Trend-in məlumatına görə, bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mer Senatın iqtisadiyyat üzrə komissiyasında çıxış edərkən deyib.

Eyni zamanda o xəbərdarlıq edib ki, bu, bunlar "təxmini rəqəmdir", çünki bunlar istehlak sahəsində olan bir çox amillərdən asılıdır.

L.Mer bildirib: "Hamının gözü qarşısında olan zorakılıq Fransaya, onun nüfuzuna və dünyadakı cəlbediciliyinə ziyan vurur. Lakin bütün bu zorakılıq ölkənin iqtisadi əsaslarını sarsıdmayacaq".

Xəbər lenti

Xəbər lenti