Bakı. Trend:
Çinin Tszyansu vilayətində kimyəvi zavodda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 64-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə Yançen şəhərinin meri Sao Lubao bildirib.
O qeyd edib ki, hazırda 64 nəfərdən 26 nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olub.
X X X
22 mart, 20:39
Çinin Tszyansu vilayətində kimyəvi zavodda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 62-yə çatıb.
Trend-in məlumatına görə, bu barədə Çinin Mərkəzi Televiziyası xəbər yayıb.
X X X
07:17
Çinin Tszyansu vilayətində kimyəvi zavodda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb.
Trend-in məlumatına görə, partlayışdan sonra 16 yerli xəstəxanaya 640-a yaxın müxtəlif dərəcəli xəsarət alan çatdırılıb.
Vilayət hakimiyyəti bildirib ki, tibbi yardımın göstərilməsinə 3,5 min tibb işçisi, 90 tibbi yardım maşını cəlb olunub.
Yaralananlardan 32-nin vəziyyəti son dərəcə ağır, 58 nəfərin vəziyyəti isə ağırdır.