Bakı. Trend:
Britaniya Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanımır.
Böyük Britaniya Qolan yüksəkliklərini İsrail tərəfindən işğal olunmuş ərazi hesab edir.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
O qeyd edib ki, Britaniya Qolan yüksəkliklərini İsrail tərəfindən işğal olunmuş ərazi hesab edir: "Güc tətbiq etməklə ərazi işğalı beynəlxalq hüquq tərəfindən qadağa olunub. Biz 1981-ci il İsrail işğalını tanımırıq və mövqeyimiz dəyişməyib”.
Xatırladaq ki, ölkənin mövqeyi daha əvvəl səsləndirilən Avropa İttifaqının mövqeyi ilə üst-üstə düşür.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində Birləşmiş Ştatların Qolan yüksəklikləri üzərində İsrailin tam suverenliyini tanımasının vaxtı gəlib çatdığını yazıb.