Bakı. Trend:
Pakistanın qərbindəki Mastunq şəhərində mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində azı 11 nəfər həlak olub.
Trend-in məlumatına görə, daha 7 nəfər xəsarət alıb.
Qeyd olunur ki, ölən və xəsarət alanların əksəriyyəti qadın və uşaqlardır. Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.