...

Kubada iki yük maşını toqquşdu - 30-dan çox yaralı

Dünya xəbərləri Materials 22 Aprel 2019 11:57 (UTC +04:00)
Kubanın qərbindəki Pinar-del-Rio əyalətində iki yük maşını toqquşub
Kubada iki yük maşını toqquşdu - 30-dan çox yaralı

Bakı. Trend:

Kubanın qərbindəki Pinar-del-Rio əyalətində iki yük maşını toqquşub.

Trend-in məlumatına görə, yük maşınlarından biri sərnişin daşıyırmış.

Hadisə nəticəsində azı 32 nəfər xəsarət alıb. Onlardan 12 nəfəri azyaşlı olub.

Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Bəzilərinin vəziyyətinin ağır olduğu deyilir.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti