...

Kim Çen In Putinlə görüşmək üçün Rusiyaya səfər edəcək

Dünya xəbərləri Materials 23 Aprel 2019 08:51 (UTC +04:00)

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In Rusiyaya səfər edəcək.

Trend-in Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Kim Çen In və Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tutacaq.

Qeyd edilir ki, KXDR liderinin səfəri Vladimir Putinin dəvəti əsasında baş tutacaq.

Görüşün vaxtı və yeri barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti