Bakı. Trend:
"İslam Dövləti" terrorçuları cümə günü Rakka şəhərində minalanmış avtomobili partladıblar.
Trend-in məlumatına görə, bu barədə Al Mayadeen telekanalı xəbər verir.
Məlumata əsasən, terror aktı nəticəsində ən azı 10 nəfər həlak olub.
Suriyanın Rakka şəhəri vaxtı ilə İŞİD terrorçu qruplaşmasının "paytaxtı" sayılırdı.