Bakı. Trend:
Əfqanıstanın Baqlan əyalətində polis məntəqəsinin yaxınlığında partlayış baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2-si polis əməkdaşı olmaqla 8 nəfər həlak olub, 55 nəfər isə yaralanıb.
İnsidentin təfərrüatları və yaralıların vəziyyəti barədə məlumat verilmir.