...

Argentinada bir həbsxanadan digərinə daşınarkən 9 məhbus qaçıb

Dünya xəbərləri Materials 9 May 2019 08:33 (UTC +04:00)

Bakı. Trend:

Argentinanın Santa-Fe vilayətində 9 məhbus bir həbsxanadan digərinə daşınarkən qaçıb.

Trend-in məlumatına görə, hazırda polis əməkdaşları qaçan məhbuslardan üçünü saxlaya bilib. Qaçanlar arasında qətl törədənlər də var. Hadisənin təfərrüatları aydınlaşdırılır.

İlkin məlumatlara əsasən, cinayətkarlar qaçırılan iki avtomobildə gizlənir.

Qeyd edək ki, avtobusda 13 məhbus olub, onlardan dördü qaçışda iştirak etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti