...

ABŞ "Falcon 9"un səmaya buraxılışını dayandırdı - Küləyə görə

Dünya xəbərləri Materials 16 May 2019 10:55 (UTC +04:00)
Amerikanın "SpaceX" şirkəti 60 peyklə birgə səmaya qalxacaq "Falcon 9" raket daşıyıcısının buraxılmasını təxirə salıb.
ABŞ "Falcon 9"un səmaya buraxılışını dayandırdı - Küləyə görə

Bakı. Trend:

Amerikanın "SpaceX" şirkəti 60 peyklə birgə səmaya qalxacaq "Falcon 9" raket daşıyıcısının buraxılmasını təxirə salıb. Trend-in məlumatına görə, bu barədə şirkətdən bildiriblər.

Səbəb olaraq isə hava şəraiti qeyd edilib. Belə ki, güclü külək səbəbindən raket daşıyıcısının səmaya buraxılması məqsədəuyğun sayılmayıb.

Şirkət rəhbəri İlon Mask özünün "Twitter" səhifəsində qeyd edib ki, bu peyklər "SpaceX" üçün ən ağır yük olacaq, belə ki ümumi çəkisi 18,5 ton təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti