...

Avstriyada ilk qadın kansler təyin olunub

Dünya xəbərləri Materials 30 May 2019 17:35 (UTC +04:00)
Avstriyanın Federal Prezidenti Aleksandr Van der Bellen Konstitusiya Məhkəməsinin sədri Brigitte Birlyaynı müvəqqəti kansler təyin edib.
Avstriyada ilk qadın kansler təyin olunub

Bakı. Trend:

Avstriyanın Federal Prezidenti Aleksandr Van der Bellen Konstitusiya Məhkəməsinin sədri Brigitte Birlyaynı müvəqqəti kansler təyin edib.

Trend-in məlumatına görə, ölkə tarixinin ilk qadın kansleri olan B.Birlyayn sentyabr ayında keçiriləcək növbədənkənar seçkilərə qədər hökumətə rəhbərlik edəcək.

O, bu vəzifədə Sebastyan Kurtsu əvəz edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Aleksandr Van der Bellen S.Kurtsun hökumətini parlamentin çıxardığı etimadsızlıq qərarından sonra istefaya göndərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti