Baki. Trend:
Suriyanın şimal-qərbində yerləşən Aazaz şəhərində minalanmış avtomobil partlayıb.
Trend-in məlumatına görə, partlayış nəticəsində ən azı 14 nəfər həlak olub, 28 nəfər isə xəsarət alıb.
Məlumata əsasən, partlayış şəhər mərkəzindəki cinayət təhlükəsizliyi sektorunun qərargahı yaxınlığında baş verib.
Həmçinin qeyd edilir ki, hadisə yerində çox saylı insan olduğu üçün ölənlərin sayı arta bilər.