...

Ərdoğan: NATO ölkələri bir-birini sanksiyalarla təhdid etməməlidirlər

Dünya xəbərləri Materials 27 İyun 2019 06:41 (UTC +04:00)
NATO ölkələri bir-birini sanksiyalarla təhdid etməməlidirlər
Ərdoğan: NATO ölkələri bir-birini sanksiyalarla təhdid etməməlidirlər

Bakı. Trend:

NATO ölkələri bir-birini sanksiyalarla təhdid etməməlidirlər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: "NATO ölkələrinin bir-birinə qarşı sanksiyalar tətbiq etməyə başladığını bilmirəm. D.Trampla görüş zamanı mən belə bir təəssürat almamışam".

Bundan əlavə Türkiyə prezidenti Yaponiyaya səfəri çərçivəsində ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin ilə keçiriləcək görüşlərdə Suriya məsələsini də müzakirə edəcəyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti