...

İndoneziya sahillərində güclü zəlzələ olub

Dünya xəbərləri Materials 7 İyul 2019 20:23 (UTC +04:00)
İndoneziya sahillərində 7 bal gücündə zəlzələ olub
İndoneziya sahillərində güclü zəlzələ olub

Bakı. Trend:

İndoneziya sahillərində 7 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli meteorologiya, klimatologiya və geofizika idarəsi bildirib.

Bildirilib ki, zəlzələnin ocağı 36 kilometr dərinlikdə yerləşib.

ABŞ-ın Geoloji xidməti qeyd edib ki, zəlzələnin maqnitudası 6,9 olub.

Zəlzələ "UTC" vaxtı ilə 15:08-də baş verib. Yeraltı təkanların episentri Ternate şəhərindən 129 kilometr cənub-qərbdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti