...

Fransada jandarmalar tərəfindən qanunsuz miqrantlar saxlanılıb

Dünya xəbərləri Materials 11 İyul 2019 08:17 (UTC +04:00)
Fransanın "Trikasten" AES-nı mühafizə edən jandarmalar əraziyə gələn yük avtomobilində iki Eritreyadan olan qanunsuz miqrant aşkar edib
Fransada jandarmalar tərəfindən qanunsuz miqrantlar saxlanılıb

Bakı. Trend:

Fransanın "Trikasten" AES-nı mühafizə edən jandarmalar əraziyə gələn yük avtomobilində iki Eritreyadan olan qanunsuz miqrant aşkar edib.

Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" xəbər verib.

Məlumata əsasən, hadisə iyulun 11-də baş verib. Miqrantlardan biri azyaşlıdır.

Onlar yük maşını ilə Fransadan Belçikaya getməyi nəzərdə tuturdular. Lakin, görünür, maşını səhv salıblar.

Bildirilir ki, həmin yük maşını İtaliya nəqliyyat şirkətlərindən birinə məxsusdur və stansiyaya ehtiyat hissələrini daşıyırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti