...

Aİ Türkiyəyə qarşı sanksiyalar tətbiq edir

Dünya xəbərləri Materials 16 İyul 2019 01:14 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Kiprin xüsusi iqtisadi zonasında qazma işlərinin aparılmasına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq edir
Aİ Türkiyəyə qarşı sanksiyalar tətbiq edir

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Kiprin xüsusi iqtisadi zonasında qazma işlərinin aparılmasına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqına üzv ölkələrin XİN rəhbərlərinin iclasının yükunları üzrə qəbul edilən Aİ Şurasının bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Türkiyənin qanunsuz qazma işlərinin davam etdirməsi və yeni fəaliyyəti fonunda Şura Hərtərəfli Hava Nəqliyyatı haqqında Sazişin imzalanması üzrə danışıqların dayandırılması, o cümlədən Assosiasiya Şurasının və Aİ və Türkiyə arasında yüksək səviyyəli dialoq üzrə gələcək iclasların keçirilməməsi barədə qərar qəbul edib".

Bundan əlavə Aİ Ankaraya qarşı məhdudlaşdırıcı tədbirlər də tətbiq edir: "Şura Avropa Komissiyasının 2020-ci il üçün Türkiyəyə maliyyə dəstəyinin azaldılması barədə təklifini təqdir edir, həmçinin Avropa İnvestisiya Bankına Türkiyədəki kredit fəaliyyətini yenidən nəzərdən keçirməyə dəvət edir".

Həmçinin Aİ Şurası vurğulayır ki, Brüssel Ankaraya qarşı yeni sanksiyalar hazırlamağa davam edəcək: "Şura bu məsələ ilə məşğul olmağa davam edir və Ai Şurasının 20 iyun tarixli yekunlarına uyğun olaraq Ali nümayəndəyə [Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini] və Avropa Komissiyasına Türkiyənin Şərqi Aralıq dənizində davam edən qazma fəaliyyəti fonunda məqsədli tədbirlərin variantları üzərində işi davam etdirməyi təklif edir. Şura hadisələrin gedişini diqqətlə izləyəcək və zərurət yaranarsa bu məsələyə qayıdacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti