...

Ərəb koalisiyası husilərin dronunu vurub

Dünya xəbərləri Materials 28 İyul 2019 20:13 (UTC +04:00)
Ərəb koalisiyası Yəmən sərhədi yaxınlığındakı Nəcran şəhəri istiqamətində "Ənsar Allah" hərəkatından (husilər) yəmənli üsyançıların buraxıldığı pilotsuz uçuş aparatlarını vurub
Ərəb koalisiyası husilərin dronunu vurub

Bakı. Trend:

Ərəb koalisiyası Yəmən sərhədi yaxınlığındakı Nəcran şəhəri istiqamətində "Ənsar Allah" hərəkatından (husilər) yəmənli üsyançıların buraxıldığı pilotsuz uçuş aparatlarını vurub.

Trend-in məlumatına görə, bu barədə "Sky News Arabia" telekanalına koalisiyanın nümayəndəsi Turki əl-Maliki deyib.

Əl-Malikinin sözlərinə görə, koalisiya qüvvələri Nəcran şəhərinə zərbə endirməyə çalışan husilərin pilotsuz uçuş aparatını vurmağa müvəffəq olub.

Bundan əlavə, husilərin Səudiyyə Ərəbistanın Nəcran hava limanına hücum etməsi barədə yayılan məlumatın doğru olmadığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti