...

ABŞ-da qaz kəməri partladı - Ölən var

Dünya xəbərləri Materials 1 Avqust 2019 17:32 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Kentukki ştatında qaz kəməri partlayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 1 nəfər həlak olub.

Partlayışdan sonra başlayan yanğın kəmərin ətrafındakı evlərə keçib. Bölgədə sakinlərin təxliyəsi aparılır.

Yanğının qarşısının alınması üçün 10 yanğınsöndürmə briqadası cəlb edilib. Hadisənin səbəbləri ilə bağlı araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti