...

Əfqanıstanda "Taliban"ın üç lideri məhv edilib

Dünya xəbərləri Materials 3 Avqust 2019 05:23 (UTC +04:00)
Əfqanıstanda hava hücumu nəticəsində "Taliban" hərəkatının üç lideri məhv edilib
Əfqanıstanda "Taliban"ın üç lideri məhv edilib

Bakı. Trend:

Əfqanıstanda hava hücumu nəticəsində "Taliban" hərəkatının üç lideri məhv edilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi "Tvitter" səhifəsində bildirilib.

Məlumata əsasən, hava hücumu avqustun 2-də saat 20:10-da Fərah vilayətində həyata keçirilib.

Nəticədə Fərah vilayətinin "kölgə qubernatoru" Molla Əbdül Bari və qərb vilayətlərində silahlıların fəaliyyətinin əlaqələndirilməsi üçün cavabdeh olan "Taliban"ın iki komandiri məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti