...

İraqın şimalında üç türk əsgəri ölüb

Dünya xəbərləri Materials 25 Avqust 2019 22:47 (UTC +04:00)

Bakı. Trend:

İraqın şimalındakı PKK terror qruplaşmasına qarşı həyata keçirilən "Pençe-3" əməliyyatı zamanı üç türk əsgəri həlak olub, daha yeddi nəfər yaralanıb.

Trend-in Türkiyənin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, yaralılar xəstəxanalara çatdırılıb. Bölgədə əməliyyat davam edir.

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti