...

Honq Konqda iğtişaşlar nəticəsində 19 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 8 Sentyabr 2019 15:58 (UTC +04:00)

Bakı. Trend:

Honq Konqda etiraz aksiyasını iştirakçıları və polislər arasında toqquşmalar baş verib.

Trend-in "RTHK" radiostansiyasına istinadən verdiyi məlumata görə, toqquşmalar nəticəsində azı 19 nəfər xəsarət alıb. Onlardan 2-sinin vəziyyəti ağırdır.

Bildirilir ki, əsas toqquşmalar Monqkok rayonunda baş verib. Radikal xarakterli etirazçılar polis idarəsinin yaxınlığında avtomobil yollarını bağlamağa, yanğınlar törətməyə və polislərə xəsarət yetirməyə çalışıblar.

Bundan əlavə qeyd edilir ki, etirazçıların bir hissəsi ABŞ-ın Baş konsulluğunun binası tərəfə hərəkət etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti