Bakı.Trend:
Bazar ertəsi axşam İcmalar Palatasının deputatları İngiltərə parlamentində erkən seçki ehtiyacının müzakirə edilməsinə başlayıblar.
Trend-in məlumatına görə, Böyük Britaniyanın Baş naziri Boris Conson qeyd edib ki, yaxın zamanda millət vəkilləri hökumətin təklifi ilə oktyabrın ortalarında erkən seçki keçirmək üçün ikinci dəfə səs verməli olacaqlar: "İcmalar Palatasında yaranan ağır vəziyyəti başa düşərək seçkilərin yeganə çıxış yolu olması ilə barışdım".
Britaniya xalqı ən populyar partiyanın rəhbərinə 17-18 oktyabr tarixlərində keçiriləcək Aİ-nin növbəti sammitində Aİ ilə danışıqlar aparmaq üçün mandat verməlidir.
Sentyabrın 4-də Britaniya məclis üzvləri Consonun erkən seçki təklifini rədd etmişdilər. İngilis siyasi müşahidəçilərinin fikrincə, bu dəfə baş nazirin şansı da olduqca azdır.