...

İndoneziyada iğtişaşlardan sonra 29 nəfər tutulub

Dünya xəbərləri Materials 12 Sentyabr 2019 00:48 (UTC +04:00)

Bakı. Trend:

İndoneziya polisi şərqdə kütləvi iğtişaşlarda şübhəli bilinən 29 nəfəri saxlayıb.

Trend-in məlumatına görə, bu barədə "Antara" agentliyi polis rəisi Qerri Rudolfa Naxakanın sözlərinə istinadən bildirib.

Məlumata əsasən, saxlanılan şəxslər vandalizm, yanğın törətməkdə və soyğunçuluqda şübhəli bilinir. Q.R.Naxakanın sözlərinə görə, əməliyyat bölgənin üç şəhərində keçirilib.

O əlavə edib ki, daha 12 nəfər axtarışdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti