Bakı. Trend:
Yəmənin şərqindəki Hadramaut vilayətində avtobus partlaması nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "SABA" agentliyi bildirib.
Məlumata əsasən, vilayətin şimal hissəsindəki magistral yola partlayıcı qurğu qoyulması nəticəsində avtobus partlayıb.
Xəsarət alanların bəzilərinin vəziyyəti ağırdır.