...

Türkiyə SQ İraqın şimalında 5 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 3 Oktyabr 2019 01:37 (UTC +04:00)
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı və Silahlı Qüvvələrinin keçirdiyi birgə əməliyyat nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib
Türkiyə SQ İraqın şimalında 5 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı və Silahlı Qüvvələrinin keçirdiyi birgə əməliyyat nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, terrorçular İraqın şimalındakı Qara rayonunda həyata keçirilən hava əməliyyatı zamanı zərərsizləşdirilib.

Hava əməliyyatları zamanı zərərsizləşdirilən terrorçuların sayının 17-ə çatdığı qeyd olunur

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti