...

Bavariyada iki naməlum şəxs bazar yaxınlığında atəş açıb

Dünya xəbərləri Materials 3 Oktyabr 2019 07:40 (UTC +04:00)
Bavariyanın Abensberq şəhərində iki nəfər axtarışdadır
Bavariyada iki naməlum şəxs bazar yaxınlığında atəş açıb

Bakı. Trend:

Bavariyanın Abensberq şəhərində iki nəfər axtarışdadır, onlar bir şəxsi öldürməkdə və bir nəfəri yaralamaqda şübhəli bilinirlər.

Trend-in məlumatına görə, bu barədə onlayn nəşriyyatı "Fokus" bildirib. -

Məlumata əsasən, saat 18.00 radələrində atışma olması barədə polisə telefon zəngi gəlib. Əraziyə gələn patrul ilk qurbanın cəsədini aşkar edib.

Təxminən altının yarısında yeni bir atışma olub, bir nəfər ağır yaralanıb. Hücum edənlərin avtomobil ilə qaçdıqları ehtimal edilir.

Axtarışa polis vertolyotu cəlb edilib, polis əməkdaşları hadisə yerində işləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti