...

Stoltenberq: Heç bir NATO üzvü Türkiyə qədər terrordan əziyyət çəkməyib

Dünya xəbərləri Materials 11 Oktyabr 2019 15:55 (UTC +04:00)
Heç bir NATO üzvü Türkiyə qədər terrordan əziyyət çəkməyib
Stoltenberq: Heç bir NATO üzvü Türkiyə qədər terrordan əziyyət çəkməyib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Heç bir NATO üzvü Türkiyə qədər terrordan əziyyət çəkməyib.

Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq İstanbulda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, NATO Türkiyənin Suriyanın şimalındakı vəziyyətdən narahatlığını başa düşür: “Biz terroçuluqla birgə mübarizə aparacağıq”.

Y.Stoltenberq onu da əlavə edib ki, NATO üzv ölkələrinin PYD/YPG ilə bağlı vahid mövqeyi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti