Bakı. Trend:
Nepalda sərnişin avtobusu təxminın 500 metr dərinliyi olan dərəyə aşıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 18 nəfər həlak olub, 13 nəfər isə xəsarət alıb.
Məlumata əsasən, qəza avtobusun sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib.
Bildirilir ki, xəsarət alanların əksəriyyəti xəstəxanalara çatdırılıb. Hadisə yerində xilasetmə işləri davam etdirilir.