...

İraq, nümayişçilərin konsulluğa hücumuna görə İrandan üzr istəyib

Dünya xəbərləri Materials 28 Noyabr 2019 03:51 (UTC +04:00)
İraqın xarici işlər naziri Məhəmməd əl-Hakim İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə telefon danışıqları zamanı İraqın cənubundakı Nəcəf şəhərində nümayişçilərin İran konsulluğuna hücumuna görə üzr istəyib
İraq, nümayişçilərin konsulluğa hücumuna görə İrandan üzr istəyib

Bakı. Trend:

İraqın xarici işlər naziri Məhəmməd əl-Hakim İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə telefon danışıqları zamanı İraqın cənubundakı Nəcəf şəhərində nümayişçilərin İran konsulluğuna hücumuna görə üzr istəyib.

Trend-in məlumatına görə, bu barədə İranın XİN-nin verdiyi bəyanatda deyilib.

İran XİN-nin rəsmi nümayəndəsi Abbas Musavi, bir qədər əvvəl İranın İraqdakı baş konsulluğuna hücumu ilə bağlı Tehranın Bağdada etiraz etdiyini bildirmişdi.

Daha əvvəl şahidlərin verdiyi məlumata görə, İraqın cənubundakı Nəcəf şəhərində onlarla nümayişçi İran konsulluğunun yaxınlığında təhlükəsizlik qüvvələri ilə toqquşmalarda xəsarət alıb, zərər cəkənlərin sayı 80 nəfəri keçib. "Şəfəq" aqentliyinin sözlərinə görə, nümayişçilər noyabrın 27-də konsulluq binasını yandırmağa cəhd ediblər. Nəcəf vilayətində komendant saatı tətbiq edilib.

Оktyabr ayının əvvəlindən başlayan İraqdakı nümayişlərdə hökumətin istefası, korrupsiyaya, işsizliyə qarşı mübarizə tələb edilir. KİV-də etiraz aksiyaları müşayiət edən toqquşmalar və iğtişaşlar nəticəsində 300-dən çox insanın öldüyü və 15 minə yaxın insanın yaralandığı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti