...

ABŞ-da yeniyetmə qız təyyarə qaçırdı

Dünya xəbərləri Materials 19 Dekabr 2019 13:15 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında Fresno şəhərinin hava limanında 17 yaşlı qız təyyarə qaçırmağa çalışıb.

Trend-in məlumatına görə, qız hasardan aşaraq “King Air 200” təyyarəsinin kabinəsinə daxil olub və mühərriki işə sala bilib.

Nəticədə təyyarə hərəkətə başlayıb və qısa müddət sonra tikililərin birinə dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Polis hadisənin təfərrüatlarını öyrənmək üçün yeniyetməni bölməyə aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti