Bakı. Trend:
ABŞ-ın Lafayet şəhərində (Luiziana ştatı) yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində təyyarədə olan 5 nəfər həlak olub, bir nəfər isə xəsarət alıb.
Bildirilir ki, təyyarənin düşdüyü ərazidə olan 3 nəfər də xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbi barədə məlumat verilmir.