...

Kanadanın şərqində hava şəraiti ilə əlaqədar 200-ə yaxın aviareys təxirə salınıb

Dünya xəbərləri Materials 31 Dekabr 2019 05:43 (UTC +04:00)

Bakı. Trend:

Kanadanın Kvebek və Ontario vilayətlərində dolu və qar yağmaları nəticəsində 200-ə yaxın aviareys təxirə salınıb.

Trend-in məlumatına görə, əsas problemlər Ottava və Toronto (hər ikisi Ontario vilayətində yerləşir) və Monreal (Kvebek vilayəti) şəhərlərinin hava ləmanlarında yaşanır. Xüsusi ilə, Monrealın beynəlxalq hava limanında 100-dən artıq aviareys təxirə salınıb.

Milli Hava Bürosunun məlumatına görə, Kvebekdə dekabrın 31-i axşamadək 15-20 sm qar yağa bilər ki, bu da aylıq yağıntının demək olar ki, yarısıdır. Ontarioda bəzi yerlərdə 20-30 mm yağıntının buzlu yağış şəklində düşəcəyi istisna edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti