...

Ankarada avtodayanacaqda yanğın baş verib

Dünya xəbərləri Materials 2 Yanvar 2020 08:13 (UTC +04:00)
Ankarada çoxmərtəbəli binanın avtomobil dayanacağında yanğın baş verib
Ankarada avtodayanacaqda yanğın baş verib

Bakı. Trend:

Ankarada çoxmərtəbəli binanın avtomobil dayanacağında yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə Altındağ rayonunda qeydə alınıb.

Hadisə yerinə çox sayda yanğınsöndürən və polis əməkdaşları cəlb edilib.

Yanğın səbəbindən 13 mərtəbəli binanın sakinləri təxliyə edilib. İki avtomobilin yararsız hala düşdüyü qeyd olunur.

Yanğının səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti