...

İranda qəzaya uğrayan təyyarənin 2-ci qara qutusu tapılıb

Dünya xəbərləri Materials 8 Yanvar 2020 13:51 (UTC +04:00)
İranın Tehran vilayətinin Pərənd şəhəri yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsinin ikinci qara qutusu tapılıb.
İranda qəzaya uğrayan təyyarənin 2-ci qara qutusu tapılıb

Bakı. Elnur Bağışov - Trend:

İranın Tehran vilayətinin Pərənd şəhəri yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsinin ikinci qara qutusu tapılıb.

Trend-in məlumatına görə, bu barədə İran mediası məlumat yayıb.

Tehran vilayətinin qərbi üzrə polis rəisinin müavini polkovnik Mehdi Sərpənah Tasnim informasiya agentliyinə verdiyi açıqlamada isə bildirib ki, təxminən 1 saat öncə təyyarənin qara qutularından biri tapılıb.

M.Sərpənahın sözlərinə görə, Nəzarət Qülləsi bəyan edib ki, təyyarənin pilotu hadisədən öncə Nəzarət Qülləsi ilə heç bir əlaqə saxlamayıb. Polis rəsmisi meyitlərin tibbi ekspertizaya təhvil verilməkdə olduğunu deyib.

Qeyd edək ki, bu gün səhər saatlarında İranda Ukraynaya məxsus Boeing 737 sərnişin təyyarəsi motor hissəsində yanğının baş verməsi nəticəsində qəzaya uğrayıb. İran tərəfi qəzada 147 iranlı və 32 xarici sərnişinin həlak olduğunu təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti