...

Pompeo və Çavuşoğlu NATO-nun Yaxın Şərqdəki rolunun gücləndirilməsini müzakirə ediblər

Dünya xəbərləri Materials 13 Yanvar 2020 06:05 (UTC +04:00)
ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Pompeo və Çavuşoğlu NATO-nun Yaxın Şərqdəki rolunun gücləndirilməsini müzakirə ediblər

Bakı. Trend:

ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Otequsun bəyanatında deyilir.

Bəyanatda deyilir: "Dövlət katibi Mayk Pompeo bu gün Yaxın Şərqdəki hadisələri müzakirə etmək üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb. Dövlət katibi M.Pompeo NATO-nun bölgədə daha əhəmiyyətli rol oynamalı olduğunu bir daha bildirib".

M.Pompeo həmçinin ABŞ-ın BMT-nin dəstəyi ilə Suriyada vəziyyətin sülh yolu ilə nizamlanmasına sadiq olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti