...

Hindistanda yol qəzası baş verib: ölən və yaralılar var

Dünya xəbərləri Materials 13 Fevral 2020 08:57 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın Uttar Pradeş şəhərində baş verən yol qəzasında ən az 14 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi yerli polisə istinadən bildirib.

Hadisə fevralın 12-i axşam saatlarında magistral yolda baş verib. Qəzaya səbəb sərnişin avtobusunun yük maşını ilə toqquşması olub.

Əlavə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti