...

ABŞ-da təyyarə qəzaya uğrayıb - ölənlər var

Dünya xəbərləri Materials 21 Fevral 2020 05:08 (UTC +04:00)
ABŞ-ın Texas ştatında Kolmen dairəsində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb
ABŞ-da təyyarə qəzaya uğrayıb - ölənlər var

Bakı. Trend:

ABŞ-ın Texas ştatında Kolmen dairəsində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Abilene Reporter News ictimai təhlükəsizlik departamentinin nümayəndəsi Fred Biddlaya istinadən bildirib.

Qeyd edilib ki, pilot təyyarənin elektrik avadanlıqları ilə bağlı problemlər barədə məlumat verdikdən sonra Abilin hava limanına qayıtmağa çalışıb. Təyyarə yerli vaxtla saat 6 radələrində radarlardan itib.

Saat 10.00 radələrində Kolman gölündə qərbdə təyyarə tapılıb. Göyərtədəki üç nəfərin hamısı ölüb, adları hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti