...

Türkiyə İranla sərhədini bağlayıb

Dünya xəbərləri Materials 23 Fevral 2020 18:18 (UTC +04:00)
Türkiyə İranla sərhəd keçid məntəqələrini müvəqqəti olaraq bağlayıb
Türkiyə İranla sərhədini bağlayıb

Bakı. Trend:

Türkiyə İranla sərhəd keçid məntəqələrini müvəqqəti olaraq bağlayıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

F.Koca qeyd edib ki, bu gün saat 17:00-dan İrandan ölkəyə gedən yol və dəmir yolu keçidləri bağlanılıb:

"Bütün beynəlxalq uçuşlar birtərəfli və müvəqqəti olaraq dayandırıldı, yəni İrandan Türkiyəyə olan gediş-gəlişlər dayandırılıb. Türkiyədən İrana gedişlər isə davam edəcək".

Səhiyyə naziri, həmçinin bildirib ki, İran və Türkiyə arasında təyyarə uçuşları isə bu gün saat 20.00-dan dayandırılır və Türkiyə İrandan təyyarə qəbul etməyəcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin qərarı ilə Türkiyə-İran sərhədi koronavirus təhlükəsi səbəbindən bağlanılıb.

Türkiyədən başqa, İraq, Pakistan, Türkmənistan da İranla sərhədini bağlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti