...

Aİ səhiyyə nazirlərinin koronavirusa dair görüşü keçiriləcək

Dünya xəbərləri Materials 24 Fevral 2020 08:13 (UTC +04:00)
Avropa İttifaqının səhiyyə nazirlərinin yeni növ koronavirusa dair görüşü keçiriləcək
Aİ səhiyyə nazirlərinin koronavirusa dair görüşü keçiriləcək

Bakı. Trend:

Avropa İttifaqının səhiyyə nazirlərinin yeni növ koronavirusa dair görüşü keçiriləcək.

Trend-in məlumatına görə, bunu Fransanın səhiyyə naziri Olivye Veran deyib.

Onun sözlərinə görə, nazirlər İtaliyada yoluxma hallarının kəskin artmasından sonra koronavirus epidemiyası riskinə qarşı mübarizəni müzakirə edəcəklər.

O.Veran ötən gün Almaniya və İtaliyanın səhiyyə nazirləri ilə vəziyyəti müzakirə edib. O, daha çox nazirin iştirakı ilə görüşün bu həftə keçirilə biləcəyini deyib: "Biz Aİ-nın bir neçə səhiyyə nazirinin iştirak edəcəyi görüş barədə razılığa gəldik".

Nazir qeyd edib ki, Fransada koronavirusla əlaqədar vəziyyət "stabildir", ölkə ərazisində yeni yoluxma halları qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti