...

Arktikada ağ ayılar sayılacaq

Dünya xəbərləri Materials 27 Fevral 2020 20:33 (UTC +04:00)
Rusiyanın Təbii Sərvətlər və Ekologiya Nazirliyi Arktikanın Rusiya hissəsində ağ ayıların sayımı həyata keçirəcək
Arktikada ağ ayılar sayılacaq

Bakı. Trend:

Rusiyanın Təbii Sərvətlər və Ekologiya Nazirliyi Arktikanın Rusiya hissəsində ağ ayıların sayımını həyata keçirəcək.

Trend-in məlumatına görə, proses 2024-cü ilədək başa çatacaq.

Qeyd olunur ki, ağ ayıların sayımı bu növün hazırkı statusunu müəyyənləşdirmək üçün həyata keçirilir.

Bununla belə, heyvanların yayılma arealının genişliyi və kəskin iqlim şəraiti ilə əlaqədar bütün heyvanları saymağın mümkün olmayacağı bildirilir.

2013-cü ilə olan məlumata əsasən, Rusiya ərazisində 5-7 min ağ ayı mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti