...

Netanyahu seçkilərin nəticələrini İsrail üçün böyük qələbə adlandırıb

Dünya xəbərləri Materials 3 Mart 2020 03:26 (UTC +04:00)

Bakı. Trend:

"Likud" partiyasının lideri, İsrail baş naziri vəzifəsini icra edən Binyamin Netanyahu ötən gün ölkədə keçirilən parlament seçkilərinin nəticələrini İsrail üçün böyük qələbə adlandırıb.

Trend-in məlumatına görə, bu barədə B.Netanyahu öz "Twitter" səhifəsində yazıb.

İsrailin baş naziri bildirib: "İsrail üçün böyük qələbə. Təşəkkür edirəm".

Qeyd edək ki, ötən gün İsraildə parlament seçkiləri keçirilib. İlkin "exit poll"un nəticələrinə əsasən, "Likud" partiyası seçkilərdə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti