Bakı. Trend:
Avropa İttifaqı koronavirusla bağlı tədqiqatların maliyyələşdirilməsini artıracaq.
Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının nümayəndəsi Erik Mamer deyib.
O bildirib ki, tədqiqat işlərinə əlavə 37,5 milyon avronun ayrılması nəzərdə tutulub.
Qeyd olunur ki, bu məbləğ diaqnostika, müalicə, eləcə də virusa qarşı vaksinin hazırlanmasına yönəldiləcək.