...

ABŞ-da koronavirus səbəbilə fövqəladə vəziyyət tətbiq edilib

Dünya xəbərləri Materials 13 Mart 2020 23:54 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-da koronavirusun (COVİD-19) yayılması ilə mübarizə aparılması üçün fövqəladə vəziyyət tətbiq edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evdə keçirilən mətbuat konfransı zamanı ölkə prezidenti Donald Tramp bəyan edib.

Fövqəladə vəziyyət federal büdcədən yerli hakimiyyətlərə və ştat administrasiyalarına vəsaitin ayırılması üzrə bürokratik əngəlləri aradan qaldırmağa imkan verir.

Xatırladaq ki, daha əvvəl ABŞ administrasiyasına infeksiyanın yayılmasının qarşısını almaq üçün Konqresdən 8,3 milyard dollar ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti