...

ABŞ-da koronavirusdan ölənlərin sayı 3400 nəfəri ötüb

Dünya xəbərləri Materials 1 Aprel 2020 00:12 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-da koronavirusdan həlak olanların sayı Çində bu xəstəlikdən ölənlərin sayını ötüb.

Trend-in məlumatına görə, bu barədə federal və yerli hakimiyyət orqanlarının hesabatlarına əsaslanan Con Hopkins Universiteti xəbər yayıb.

Bildirilir ki, ölkədə 175 067 nəfərin koronavirus testi müsbət nəticə verib, 3 415 nəfər dünyasını dəyişib və 5 995 nəfər sağalıb.

Beləliklə, hazırda ABŞ-da koronavirusdan 3309 nəfərin öldüyü Çindən daha çox ölüm halları qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti