...

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 700 nəfərdən çox artıb

Dünya xəbərləri Materials 4 Aprel 2020 18:35 (UTC +04:00)
Böyük Britaniyada sutka ərzində koronavirusdan ölən xəstələrin sayı 708 nəfər artaraq 4313 nəfərə çatı
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 700 nəfərdən çox artıb

Bakı. Trend:

Böyük Britaniyada sutka ərzində koronavirusdan ölən xəstələrin sayı 708 nəfər artaraq 4313 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Bildirilib ki, eyni dövrdə təsdiqlənmiş yoluxma hallarının sayı təxminən 3,7 min artaraq 43 903-ə çatdı:

"Aprelin 4-nə saat 09: 00-a ola vəziyyətə görə, Birləşmiş Krallıqda 183 190 insan [koronavirus üçün] analiz verib, 41 903 nəfərdə test nəticələri müsbət çıxıb. Aprelin 3-nə saat 17:00-a olan vəziyyətə görə, Böyük Britaniyada koronavirus ilə xəstəxanaya yerləşdirilənlərdən 4303-ü təəssüf ki vəfat edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti